İÇƏK KORRUPSİYANIN ŞƏRƏFİNƏ
Bununla yanaşı prokurorların hörməti də, qazancı da artacaq. Büdcədən və xalqın cibindən qəpik-quruş oğurlayan balaca məmurların canına vicvicə düşəcək. Çoxu qorxusundan gecə də yata bilməyəcək.
Necə yəni niyə?! Bir azdan xeyli korrupsioner məmur tutulacaq. Bəs nə? Hələ mürəkkəbi də qurumamış “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın ayağı altda qurban kəsməyə 5-10 yoluq baytar, sürücü, qarovulçu, bağban, dəllək lazımdır, ya yox?! Onları da tutacaqlar ki, antikorrupsiya şousu planı dolsun.
Ərəb inqilabından qorxub başladıqları antikorrupsiya tamaşasında indiyədək nazir, komitə sədri, onların birinci və elə-belə müavinləri hələ cəhənnəm, bir şöbə müdirinin tutulduğunu eşitmisən heç? Mən - yox. Özü də burda çox maraqlı bir məsələ var. 2 ildi bu teatr gedir, tutulanlar da əsasən 2-3 nazirliyin işçiləridir. Ən çox da Füzuli Ələkbərovun kasıb-kusubun işi ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri. Ən çox korrupsiya guya bu nazirlikdədir.
İnandıq. Amma Zakir əmidən soruşmaq ayıb olmasın, bəs adı ən zırıltı korrupsiya əməllərində hallanan Dövlət Gömrük Komitəsi, Dövlət Neft Şirkəti, Vergilər, Kənd Təsərrüfatı, Nəqliyyat, Səhiyyə nazirliklərinin... işçiləri niyə tutulmur? WikiLeaks saytı təkcə Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin ildə 10-12 milyard dollarlıq korrupsiyasından yazmışdı. Əmək Nazirliyinin hansısa rayondakı 27-ci dərəcəli bir işçisi 100-120 manat rüşvət alanda onu dərhal qulaqlayırlar. 10-12 milyardlıq oğurluq isə...
Antikorrupsiya tamaşasının rejissoru nəinki 10-12 milyardlıq, heç 500-600 min manatlıq rüşvət-korrupsiyanın da xətrinə dəymir. Ölkədən qaçmağa məcbur olmuş mayor Rəşad Məmmədov bir ay öncə ordudakı dəhşətli korrupsiyadan danışdı. Konkret rəqəmlər açıqladı, adları və əməlləri sadaladı. 2010-11-ci illərdə Respublika Hərbi Komissarlığında maliyyə bölməsinin rəisi olmuş Məmmədovdan sitat: “Söhbət təkcə 2010-ci ildə - özümdən əvvəlki dövrdə aşkarladığım 500-600 min manatlıq yeyintidən gedir. Məndən bunu gizləmək tələb olunurdu. Eləmədim. Dedilər səsini çıxarsan, cəzan ağır olacaq. Ölkəni tərk etməli oldum...”
Bu yağlı və vitaminli sitatdan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sağlığına bir tuş gedərlər. Sağlıq dedim, türkün sözü, Sağlıq Bakanlığımız, yəni Oqtay Şirəliyevin ayıq-sayıq halda rəhbərlik etdiyi Səhiyyə Nazirliyi yadıma düşdü. Baş verənləri xırdalayanda adama elə gəlir ki, Səhiyyə Nazirliyi bütün günü lül qəmbər kefli olur. Çünki xəstəxanalarda baş verənlər heç bir ayıq başa girmir. Bəlkə kefli, dumanlı başa girə.
Səhiyyədəki rəzalət Lökbatandakı qatar-avtobus qəzasından sonra üzə çıxdı. Hökumət ilk gündən elan etdi ki, yaralıların müalicə xərcini dövlət çəkəcək. Hər yaralıya guya 500 manat müalicə xərci ayrıldığı da deyildi. Amma ayırmadılar, daha doğrusu, 47 yaralının birinə də hələ 5 qəpik də verməyiblər. Pul ayrılıbsa, niyə ya xəstələrə, ya da xəstəxanalara verilməyib? Veriblərsə, bəs camaat niyə cibindən pul xərcləyir? Aydındır, Ziya Məmmədovun nəqliyyatda yaratdığı dəhşətli korrupsiya və cəngəllik vəziyyəti üzündən fəlakətlə üzləşmiş insanların qanpulunu da basıb yedilər. Belə deyilsə, 1 saylı Klinik Tibbi Mərkəzə (keçmiş Semaşko) yerləşdirilən xəstələr niyə hər şeyi, hətta binti-yodu da öz cibinin pulu ilə alır?
Mənim bir tanışım da o qəzada yaralanıb. Həmin xəstəxanadadır. Qardaşı deyir iki gündə müalicəyə 650 manat xərcləyiblər. Adamın xəsarəti hələ nisbətən yüngüldür, 650 manatı çıxıb. Bəs ağır yaralılar? Və bəs niyə 500 manat? Yoxsa Artur əminin milyarder nazirlərinin kabinetinə elə gəlir ki, o dəhşətli qəzadan yarımcan çıxanlar 10 qəpiklik sitramonla müalicə olunmalıdır?
Məşhur bir rus satirikindən sitatla bitirək: “Niyə müalicə edirsiniz? İmkan verin yaşasınlar...”
P.S. Bu yazının antikorrupsiya idarəsində oxunması məsləhət deyil. Oxuyub özlərini o yaralılara və səhiyyədəki korrupsiyanın şiddətinə görə pis hiss edər, naxoşlayarlar. Bizdə pul verməyən müalicə olunmur. Dövlət vəd versə də...