İnsanlara hürriyət, millətlərə istiqlal!

İcbari tibbi sığorta – əhali bundan yararlana bilirmi?- Paytaxt sakinləri danışdılar - VİDEO

640 05.05.2022 19:40 Ölkə A A

Ötən il (2021-ci il) aprelin 1-dən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

Azərbaycanda 2021-ci il yanvarın 1-dən isə vətəndaşların əmək haqqından icbari tibbi sığorta haqları tutulur və dövlət tibb müəssisələrində göstərilən təcili tibbi yardım xidmətlərinin hər kəs üçün əlçatan və ödənişsiz olduğu bildirilir.

Bəs paytaxt sakinləri bu xidmətdən yararlanıbmı? Ümumiyyətlə, onlar tətbiq edilən sistemin fəaliyyətindən razıdırlarmı?

Mövzu ilə bağlı Tv Müsavatın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.



Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR