İnsanlara hürriyət, millətlərə istiqlal!

İbtidai siniflər üçün dərs saatları dəyişə bilər

2072 19.09.2014 13:04 Son xəbər A A
Son günlər sosial şəbəkələrdə övladı birinci sinif şagirdi olan valideynlər dərs saatlarının erkən saatlarda başlamasından, uşaqların bu saatlarda yuxudan oyanmağa çətinlik çəkməsindən, dərslərdə yuxulu olmasından şikayət edirlər.

Qeyd edək ki, “Yeni Müsavat”  olaraq dərs saatlarının irəli çəkilməsi ilə bağlı ekspertlərin fikirlərini təqdim etmişdik. Bu gün isə Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq  bildirilib ki, valideynlərin təklif və iradları müzakirə olunacaq və təhsil müəssisələrinə müvafiq tövsiyələr göndəriləcək. Nazirliyin informasiya şöbəsindən təqdim olunan cavabda deyilir: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin pedaqoji şurası haqqında əsasnamə”də göstərilir ki, ümumi təhsil müəssisəsinin pedaqoji şurası yerli şəraitə uyğun olaraq müəssisənin iş rejimində dəyişiklik etmək səlahiyyətinə malikdir. Bu səbəbdən, dərslərin başlanma vaxtı məsələsinə valideynlərin ümumi rəyi nəzərə alınmaqla müəssisənin pedaqoji şurası tərəfindən baxılıb müvafiq qərar qəbul oluna bilər.
Yerli təhsil şöbələrinə bu məsələ barədə müvafiq təlimatı tövsiyə göndəriləcək”.


Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR