İnsanlara hürriyət, millətlərə istiqlal!

"İbrahimbəyovla siyasi vəziyyəti müzakirə etdik"

2074 28.02.2013 18:39 Son xəbər A A

Azərbaycanın eks-spikeri Rəsul Quliyev Ziyalılar Forumunun həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovla əlaqələrindən danışıb. Hazırda Amerikada yaşayan Milli Məclisin sabiq sədri  Modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovla ara-sıra telefon əlaqəsi saxladığını etiraf edib.

Amerikaya səfəri zamanı ona R.İbrahimbəyovun ona telefon açdığını deyən R.Quliyev ölkədəki ictimai-siyasi durumla bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

“Bəli, Rüstəm İbrahimbəyovla görüşməmişik, amma telefon vasitəsilə əlaqə saxlamışıq. Danışıqlarımızda Azərbaycandakı ictimai-siyasi durumdan söz açmışıq, hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparmışıq. Danışığımızda başqa xüsusi bir məqam olmayıb”,-deyə R.Quliyev açıqlama verib.

Qeyd edək ki, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyova mətbuata verdiyi müsahibədə Amerika səfərindən danışarkən Rəsul Quliyevlə görüşə bilmədiyini, telefon əlaqəsi saxladığını bildirmişdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR