İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısesin HƏR KƏSİ ŞOKA SALAN SƏRVƏTİ - FOTO - SİYAHI

2280 02.08.2023 20:30 Gündəm A A

Türk sənət musiqisinin "İmperatoru" adlandırılan müğənni İbrahim Tatlıesesin var-dövləti açıqlanıb.

BAKU.WS xəbər verir ki, sənətçinin sərvətinə lüks avtomobilləri, yaxtası, otelləri, binaları, villaları, hektarlarla torpaq sahələri, televiziya şirkətləri, kabab restoranları daxildir.

BAKU.WS Türkiyə KİV-ə istinadən ifaçının sözügedən var-dövlətinin siyahısını təqdim edir:

Seyrantepedə 1.5 hektar ərazidə kabab restoranı;

TV binası, Tatlıese Şirkətlər Qrupu binası;

“By Tatlıeses” geyim atelyesi və mağazası;

Demirciköy Alarko yaşayış kompleksində 1 villa;

Seyrantepe “OYAK” yaşayış kompleksində 3 mənzil;

Hadımköy Günışığı yaşayış kompleksində 1 villa;

Şanlıurfada bir mənzil;

İmzir Narlıdere Folkart yaşayış kompleksində bir mənzil;

1 yaxta;

2 sürət qayığı;

2 ədəd “Mercedes” markalı avtomobil;

3 “Jeep”, 1 “Limuzin”, 20 şirkət maşını;

Bodrum Bitezdə 48 mənzilli Tatlıses Paradise yaşayış kompleksi içərisində 1 villa;

Bodrum Bitezdə 6.5 hektar 26 otaqlı “Golo Beach Hotel”;

Kuşadasında 8 hektar ərazidə 6 mərtəbəli 157 otağı və 314 yataq otağı olan “Tatlıses otel”;

İstanbulda 5 kabab restoranı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR