İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısəs o FOTONU həqiqi sandı və...

1457 03.01.2023 16:34 Şou-biznes A A

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs britaniyalı müğənni Dua Lipanın “fake” fotosunu həqiqə sanaraq öz şəxsi hesabında paylaşım edib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Dua Lipanın kürəyində İbrahim Tatlısəsin fotosu ilə döyməsi olan montaj edilmiş fotosu yayımlanıb. Döymədə eyni zamanda Tatlısəsin səsləndirdiyi “Allah səni cəzalandıracaq” sözləri də əks olunub.

İbrahim Tatlısəs isə “photoshop” proqramı ilə hazırlanan fotonu həqiqi hesab edib və onu sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımına “Cəsur və gözəl qızımıza təşəkkür edirəm” qeydini də əlavə edib.

Qısa müddətdən sonra həqiqəti öyrənən Tatlısəs paylaşımı silsə də, izləyicilərin reaksiyaları bitib-tükənmək bilməyib. Bundan sonra Tatlısəs “Twitter” hesabından mövzu ilə bağlı açıqlama verib:

“Mən Ajda Pekkanı tanıyıram, Hadisəni də tanıyıram. Dua Lipanı tanımağa və izləməyə vaxtım var? Məlum oldu ki, bunu başqa qıza ediblər, göndəriblər. Mən də ona təşəkkür etdim, paylaşdım. Pis niyyətlə etməmişdim”.

ibrahim.jpg (36 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR