İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Kalın: “İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiya olunması üçün vaxt tükənir”

451 14.01.2023 21:19 Region A A

“May ayında keçiriləcək seçkilərə qədər İsveç və Finlandiyanın NATO-ya üzvlük iddialarını təsdiqləmək üçün çox az vaxt qalıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın danışıb.

Kalının sözlərinə görə, bu ölkələrin müraciətlərinin ratifikasiyası Stokholmun Ankara ilə razılaşma çərçivəsində verdiyi terrorla mübarizə vədlərini nə qədər tez yerinə yetirməsindən asılıdır . Türkiyə rəsmisi bu prosesin aylarla çəkə biləcəyi barədə xəbərdarlıq edib.

Kalın İstanbulda keçirdiyi mətbuat konfransında "Stokholm keçən il Madriddə imzalanmış sazişin həyata keçirilməsinə tam sadiqdir. Lakin ölkənin məhkəmə sisteminə terrorizmin yeni təriflərini tətbiq etməsinə imkan verəcək yeni qanunların qəbulu üçün daha altı aya ehtiyacı var" sözlərini işlədib.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə prokurorları Stokholm merliyi qarşısında prezident Ərdoğana qarşı edilmiş tərbiyəsiz hərəkətlə bağlı baş verən insidentlə əlaqədar araşdırmaya başlayıblar.

Aksiya Ankarada o qədər hiddət doğurub ki, İsveç səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, parlamentin sədri Mustafa Şentop isə isveçli həmkarına göndərdiyi dəvəti geri çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR