İnsanlara hürriyət, millətlərə istiqlal!

İbiza adasında neft tapılıb, sakinlər "Neftə yox!" şüarı qaldırıb

3379 26.03.2015 02:09 Dünya A A
İspaniyanın dünyaca məşhur əyləncə və turizm cənnəti İbiza adası sahillərində əhəmiyyətli neft ehtiyatlarının olduğu açıqlanıb. Bu xəbər xalqın böyük reaksiyasına səbəb olub. İspanlar neftin turizmin önünə keçəcəyi narahatlığı ilə hökumətdən neft axtarışlarına dərhal son verməsini istəyib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, İspaniya hökumətinin İsveç neft axtarış şirkəti 'Cairn Energy' ilə bir ortaqlıq razılaşması əldə etdiyini bildirən ekoloji təşkilatlar neft axtarışlarına davam edilməsi halında bölgədə olan Balear adalarının (Mallorca, Menorca və İbiza) gələcəyinin təhdid altında olacağını bəyan edib. İbiza sakinləri isə "Neftə yox!"' şüarları götürərək və soyunaraq adalarında ətraf mühitə zərər verilməsini istəmədiklərini ifadə ediblər. Etirazların çoxalması səbəbindən açşıqlama vermək məcburiyyətində qalan Ekologiya nazirliyi geniş bir hesabatla çıxış edəcəyini bildirib.

Adada evləri olan çox saydakı məşhurlar narahatlıqla prosesi yaxından izləmək məcburiyyətində qalıb. Aralarında holland futbolçu Sneyder, Luis Figo, Iker Kasilyas, Zinəddin Zidan, Serxio Ramos, Guti, Pike, Xavi və David Vilyanın olduğu xeyli dünyaca məşhur şəxslərin İbiza adasında evləri var.

N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR