2014-cü ildən bəri Yəməndə hökumət qoşunları və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ilə döyüşən Hutsi qiyamçıları tərəfindən Ciddə şəhəri yaxınlığındakı neft infrastrukturuna raket hücumu edilməsi barədə mətbuatda yayılan xəbərlər koalisiya tərəfindən təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Ərəb Koalisiyası komandanlığının sözçüsü, polkovnik Turki Əl-Maliki raket hücumunu müharibə cinayəti və dünya enerji sisteminə təhlükə adlandırıb. O qeyd edib ki, Hutsi qiyamçıları Əbkaib və Xuraysə neft obyektlərinə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. Əl-Turki əlavə edib ki, hücum qanadlı raketlər və dronlar vasitəsilə həyata keçirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri məlumat veriblər ki, raket hücumundan sonra baş vermiş yanğın söndürülüb və bu terror aktı “Aramco” şirkətinin xam neft tədarükünə təsir göstərməyəcək.
Xatırladaq ki, hücuma məruz qalan neft infrastrukturuna ötən il sentyabrın 14-də də raket atılmış, həmin vaxt partlayış və yanğın nəticəsində “Aramco”nun hasilatı 9,8 milyon barreldən 5,7 barrelə düşmüşdü.






