"Hürriyət" qəzetinin redaksiyasına hücum oldu (FOTO)
Türkiyənin "Hürriyət" qəzetinin redaksiyasına hücum olub. Musavat.com xəbər verir ki, təxminən 200 nəfərlik qrup prezident Rəcəb Tayyib Ərdoğanın televiziya müsahibəsindəki bəzi sözlərin hurriyet.com.tr saytında təqdimat formasına etiraz edib.
Qrup üzvləri redaksiyanın binasına soxulmağa cəhd ediblər. Onlar binanın şüşələrini daş və dəyənəklərlə sındırıblar. Mühafizəçilərdən bir neçəsinə də daş dəyib. Əraziyə polis gəldikdən sonra qrup üzvləri hadisə yerindən uzaqlaşıblar.
Musavat.com






