HÜQUQ MÜDAFİƏÇİSİ “YENİ MÜSAVAT”a MƏLUMAT ÖTÜRDÜYÜ ÜÇÜN SIXIŞDIRILIR
Bundan sonra Şəfiyev ailə üzvləri ilə birgə kənddə “Sevinc-Ş” fermer təsərrüfatı yaradıb: “2003-cü ildə məlum oldu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon şöbəsinin müdiri Adıgözəl Tağıyev 1999-cu ildə Məmmədov Şərafəddin Ziyafəddin oğlundan 7500 manat rüşvət alaraq ona 2791 saylı saxta dövlət aktı ilə fermer təsərrüfatımıza məxsus 0,5 ha torpaq verib”.
Şikayətçinin sözlərinə görə, 2007-ci ildən etibarən Tağıyevin əməlləri barədə məhkəməyə müraciət etsə də, məhkəmə dəfələrlə ərizəni araşdırılmaqdan ötrü Xaçmaz Rayon Polis Şöbəsinə göndərib. Şöbənin rəisi Şəhriyar Şəmşirli və iki təhqiqatçısı isə hər dəfə Tağıyevin xeyrinə qərar çıxarıb. Sitat: “Tağıyev özü beş nəfərin yanında deyib ki, mən Xaçmazın polis rəisinə və hər iki təhqiqatçıya 10 min manat vermişəm, Nizami hara şikayət edir etsin”.
Məhz bundan sonra Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KQMF) Xaçmaz regional ofisinin rəhbəri Solmaz Mehdiyevaya yerli polis tərəfindən təzyiqlər başlayıb. Xaçmaz RPŞ-dən hüquq müdafiəçisinə edilən zənglər zamanı ondan “Yeni Müsavat”a məlumatlar verməmək tələb olunub.
KQMF-nin hüquqşünası Nəzirməmməd Kazımovun sözlərinə görə, adı çəkilən yerli polis rəisi məsələ ilə əlaqədar “Yeni Müsavat”a müraciət etməyə cürət etmir. Hər bir halda biz adları hallanan məmurları da dinləməyə hazırıq.