İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçisi icra başçısının qanunsuzluqlarından danışdı

1283 14.11.2014 08:20 Ölkə A A

V.İsgəndərli “Yeni Müsavat”a açıqlamasında icra başçısının fəaliyyəti ilə yaxşı tanış olduğunu deyib: “Asif Əsgərovu Səbayel rayonu ərazisində böyük əksəriyyət rüşvət simvolu kimi tanıyır. Bir tarixi yada salacağam. 2010-cu ildə Lerik rayonundan olan Əliyeva soyadlı bir qadın mənə müraciət etmişdi. Qadın şəhid ailəsinin üzvü idi. Onun Badamdar qəsəbəsində 6 sot özəlləşdirilmiş torpaq sahəsi vardı. Orada fərdi ev tikmək üçün dəfələrlə Səbayel Rayon İcra Hakimiyyətinə müraciət edib icazə istəmişdi. Lakin ondan kiçik daxma tikmək üçün Asif Əsgərov 15 min manat rüşvət tələb etmişdi. Baxmayaraq ki, o dəfələrlə müraciətində qeyd etmişdi ki, şəhid ailəsidir. O vaxt mən Əliyevanın müraciətlərini Baş Prokurorluğa göndərdim. Dəfələrlə Asif Əsgərovun nümayəndəsi ilə görüşüb problemin qanuni yolla həll edilməsini istədim. Əvəzində nümayəndəsi dedi ki, Siz Asif müəllimə heç nə edə bilməyəcəksiniz. Dedi ki, 15 min verilməlidir, şəhid ailəsi olduğuna görə 10 min versin. Dəhşətə gəldim”. 

V.İsgəndərli bildirdi ki, bu məsələ ilə bağlı Səbayel rayonundan deputat olan Fuad Muradova da təqdim etmişdim: “Həmin ərəfədə məni bir beynəlxalq tədbirə dəvət etmişdilər. Ora Fuad Muradov da gəlmişdi. Muradov çıxışında qanunçuluqdan danışdı. Ona Səbayelin deputatı kimi icra başçısı Asif Əsgərovun qanunsuzluğu haqda məlumat verdim. Elə tədbirdəcə bu haqda prezidenti məlumatlandırmasını xahiş elədim. Dedi ki, Asif Əsgərov şəhid ailəsindən 15 min rüşvət tələb edir. Bu barədə məlumatı prezidentə çatdıra bilərsinizmi? Üstəlik onun rüşvət tələb etməsi haqda topladığım materialı da 30-40 tədbir iştirakçılarının qarşısında Fuad Muradova təqdim etdim. O vaxt Asif Əsgərov rüşvət almada  tikintiyə icazə ala bilməzdi”.
V.İsgəndərlinin sözlərinə görə şəhid ailəsi üzvünün evi tikməsi üçün Telman İsmayılova(AST Telman-E.M) və ABŞ prezidenti Barak Obamaya müraciət edib: “Hər ikisinə yazmışdım ki, mümkünsə şəhid ailəsinə rüşvət vermək üçün 10 min manat pul göndərsinlər. Bu adamlar ölkədə inqilab hazırlayırlar. Camaatı dövlətdən narazı salırlar. 

Ölkə prezidenti İlham Əliyevə müraciət etmişəm ki, Azərbaycanda inqilab baş versə, səbəbi Asif Əsgərov, nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu, Göyçayın icra başçısı Mənsur Məmmədov kimi məmurlar olacaq. Bu adamlar məmur deyil, varlanmaq üçün hər vasitə ilə xalqdan pul qoparmağa çalışanlardır”. V.İsgəndərli bildirdi ki, Asif Əsgərov yaxın qohumunu Badamdar qəsəbəsinə icra nümayəndəsi təyin edib: “Bu adama bir traktor veriblər və salıblar Badamdarın küçələrinə. Qaçqın, köçkün bilmir. İşi ev uçurmaqdır. Əgər Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Asif Əsgərovun təkcə Badamdar qəsəbəsində torpaq alqı-satqısı əməliyyatlarını yoxlasa milyonlarla rüşvət faktları aşkar edilər. Allah Asif Əsgərovun oğluna şəfa versin, mərhum Sənan Mirzəyevin ailəsinə də səbr diləyirəm. Asif Əsgərovun qismində bütün məmurlara da buradan səslənirəm: - haqqı, ədaləti pozanda insanların ah-nalərini də unutmayın. Ölkə başçısı dəfələrlə harınlamış və qudurmuş məmurlara xəbərdarlıq edir. Görünür Asif kimiləri belə xəbərdarlıqlara dırnaq arası baxırlar. Sizi əmin edirəm ki, onun oğlunun törətdiyi avtoqəzaya görə heç kim məsuliyyətə cəlb edilməyəcək. Bunun üçün gərək atasının törətdiyi cinayətlərə hüquqi qiymət verilsin”. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR