İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçilərindən “Freedom House”un Azərbaycanla bağlı paylaşımına ETİRAZ

789 01.11.2021 18:25 Ölkə A A

Hüquq müdafiəçiləri “Freedom House” təşkilatının Azərbaycanla bağlı paylaşımına cavab olaraq bəyanat yayıblar.

Musavat.com həmin bəyanatı təqdim edir:

““Freedom House” təşkilatının Azərbaycanla bağlı “Twitter” səhifəsində sonuncu paylaşdığı yazı haqlı olaraq bu beynəlxalq təşkilat ilə uzun illərdir əməkdaşlıq edən insanları narazı salıb. Beynəlxalq imicə malik və dünyada hüquq müdafiə fəaliyyəti ilə məşğul olan vətəndaş cəmiyyətinin nümayəndələri ilə əməkdaşlıq edən bir təşkilatın anti-azərbaycan və anti-türk lobbiçilk fəaliyyəti ilə tanınan Mikael Rubinin məqaləsini paylaşaraq Azərbaycan və onun prezidenti haqqında ünvanlı çağırış statusu paylaşması təəccüb və təəssüf hissi doğurur.

“Freedom House” təşkilatı uzun illərdir bölgədə həll olunmayan Azərbaycan-Ermənistan münaqişəsinin çözülməsi və yeni əməkdaşlıq üçün yolların açıldığını görmədən bütün dünyanı və ABŞ-ı Azərbaycanda gedən prosesləri “regionda azadlıq və demokratiya üçün təhlükə mənbəyi” göstərməsi təəssüf doğurur. Azərbaycan bütün dünyanın həll etmək üçün uzun illərdir nəticəsiz olaraq səy göstərdiyi münaqişəni aradan qaldırıb. Ermənilər tərəfindən minalanmış ərazilərin təmizlənməsi və viran qoyulmuş şəhərlərin bərpa olunmasını təkbaşına həyata keçirməyə başlayıb. Belə bir vaxtda uzun illərdir işğal altında saxlanılan və viran qoyulan şəhər və kəndlərin bərpası prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinə daha çox ehtiyacın olduğunu “Freedom House” təşkilatı bilməmiş deyil.

Regionda iqtisadi münasibətlərin yenidən qurulması ilə bütün region dövlətləri, xüsusən Cənubi Qafqaz ölkələrinin bu əməkdaşlığa cəlb olunması, iqtisadi sabitliyin bərpa olunmasında Azərbaycanın səyləri hədsiz əhəmiyyət daşıyır. Azərbaycan eyni zamanda regional və qlobal təhlükəsizlik üçün NATO ilə əməkdaşlığını da dərinləşdirməkdə davam edir. Bunları görmədən ölkə ilə bağlı məsuliyyətsiz paylaşımlar və çağırışların edilməsi “Feedom House” kimi nüfuzlu bir təşkilat üçün yolverilməzdir”.

Bəyanatı hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Mirvari Qəhramanlı, Çingiz Qənizadə, Əvəz Həsənov, Dilara Əfəndiyeva, Yeganə Tarverdiyeva imzalayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR