İnsanlara hürriyət, millətlərə istiqlal!

HÜQUQ MÜDAFİƏÇİLƏRİ QƏNİMƏT ZAHİDİN XAHİŞİNƏ YANVARDA ƏMƏL EDƏCƏKLƏR

778 10.11.2008 06:02 Media A A
Maraqlıdır, hüquq müdafiəçiləri baş redaktorun bu müraciəti ilə bağlı hansısa addımlar atmağı planlaşdırırmı?
Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi ki, Monitorinq Qrupu baş redaktorun cəza çəkdiyi müəssisədə onunla görüşüb, durumu və saxlanma şəraiti ilə tanış olub. Onun sözlərinə görə, həmin vaxt yalnız səhhətindən şikayət edən Q.Zahid Avropa Məhkəməsi ilə bağlı onlara heç nə deməyib: “Biz onun bu müraciəti ilə  mətbuat vasitəsilə tanış olduq. Hüquq müdafiəçiləri olaraq məhbusların ərizəsini Avropa Məhkəməsinə göndərmirik. Azərbaycanda bir neçə qeyri-hökumət təşkilatı var ki, müəyyən layihələr çərçivəsində bu işləri görürlər. Ona görə də Qənimət bəy sənədlərin göndərilməsini başqa adama həvalə edə bilər”.
Ç.Qənizadə bu işdə baş redaktora ancaq yanvar ayında  - Avropa Şurası Parlament Assambleyasının sessiyası zamanı yardımçı ola biləcəklərini dedi. Onun sözlərinə görə, sessiyada bu məsələni qabarda, hətta Avropa Məhkəməsinin nümayəndələri ilə görüşə bilərlər: “O vaxta qədər onun sənədlərinin ora göndərilməsini təsdiqləyən nömrəli sənəd alınacaqsa, bu işi həll edə bilərik. Ən yaxşı variant bu ola bilərdi ki, yanvara qədər bütün məhbus jurnalistlər azadlığa buraxılsın. Çünki jurnalistlərlə bağlı ölkəyə çoxlu sayda müraciətlər var. Prezident seçiləndən sonra dövlət başçısı hansısa humanist addım atacaq. Yaxşı olardı ki, bu, jurnalistlərin əfvi ilə bağlı olsun”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR