İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Kılıç: "Cənab Prezidentin Dəmir Yumruğu bu dəfə Avropanın başına endi"

1328 04.10.2023 18:42 Region A A

"Müzəffər Ali Baş Komandan İlham Əliyev dəmir yumruğunu bu dəfə Fransa, Almaniya və Avropa Birliyinin başına vurdu".

Bunu Musavat.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Sabiq səfirin sözlərinə görə,  İspaniyanın Qranada şəhərində keçiriləcək görüşdə Türkiyənin qatılmasını istəyən Prezident buna qarşı olan Fransa, Almaniya və Avropa Birliyinə qarşı mövqeyini ortaya qoydu.

"30 ildir Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünün haqlarından danışmayan Fransa bu dəfə masaya oturmaq istəyir. Amma Prezident İlham Əliyev güclü duruşu ilə Fransanı darmadağın etdi. Fransa bu dəfə günahkardır. "Bu ölkə ilə eyni masaya oturmarıq" deməsi cənab Prezidentin qərarlığını göstərir. Fransa daima bölgədə ciddiyətdən uzaq bir ölkədir. Keçən həftə Fransa XİN başçısı Ketrin Kolonnan İrəvana gedərək "Ermənistana silah verərik",- deyə açıqlama verib. Sözügedən açıqlamadan sonra bu ölkənin prezidenti necə olur ki, müzakirə masasına oturur? Bu, hədsizlik, sayğısızlıq və qanunsuzluqdur. Prezident İlham Əliyevin Türkiyəyə olan həmrəyliyi 85 milyon türk xalqını sevindirir. İllər öncə ATƏT-in Minsk qrupuna Türkiyə girmək istədi, buna qarşı gələnlər oldu. Ancaq bu gün Cənab Prezident "Türkiyə olmadan o masaya oturmaram" deyərək Avropanın gözləntilərini alt-üst etdi. Bu duruş Prezidentin Türkiyədəki imicini artırdı, eyni zamanda Azərbaycan və Türkiyə dostlarının ürəyincə oldu. Prezident İlham Əliyevi bu adımına görə təbrik edirik.

Qeyd edək ki, Azərbaycanın Ermənistana ehtiyacı yoxdur. Amma Ermənistanın Azərbaycana ehtiyacı çoxdur. Qarabağdakı separatçıların təmizlənməsi və "liderləri"nin həbsindən sonra Azərbaycanın edəcəyi çox bir iş qalmayıb. Avropa Birliyi buraya qarışmasın. Bölgədəki problemləri ancaq Rusiya və Türkiyə həll edə bilər.

Xatırladaq ki, Türkiyə onsuz da bölgədədir və Ağdam Monitorinq Mərkəzində fəaliyyətini davam etdirir. Cənab Prezidenti bu duruşundan dolayı təbrik edirəm və qurur duyuram", - deyə sabiq səfir bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR