İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar: "Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”

314 24.12.2022 15:01 Ölkə A A

"Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə haqsız işğala son qoydu:

"Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir".

Nazir, həmçinin söyləyib ki, Yunanıstan hələ də təxribatlarına davam edir:

"NATO Yunanıstanın şıltaqlığına son qoymalıdır. Gözləntimiz bəzi yunan siyasilərinin mövqelərini dəyişmələri və tarixdən dərs çıxarmalıdır. Biz Ege və Aralıq dənizlərinin dostluq dənizləri olmasını istəyirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR