İnsanlara hürriyət, millətlərə istiqlal!

Hülusi Akar 3 müxalif partiyanın liderləri ilə görüşəcək

Türkiyənin Müdafiə naziri Hülusi Akar CHP, MHP və İYİ partiyasının liderləri ilə görüşəcək.

AzNews.az xəbər verir ki, Akar bu gün MHP-nin sədri Dövlət Baxçalı, CHP lideri Kamal Kılıçdaroğlu və İYİ Parti rəhbəri Meral Akşener ilə görüşəcək.

Nazirin liderlərlə gündəmin aktuala mövzularını müzakirə edəcəyi deyilir.

Akarın görüşdə yeni əsgərlik sistemi, Rusiyadan alınacaq S-400 zenit-raket sistemi, ABŞ-la yaşananlar, F-35 mübahisəsi və İraqın şimalında davam edən “Pəncə” əməliyyatındakı son vəziyyət barədə partiya liderlərini məlumatlandırması gözlənilir.

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR