İnsanlara hürriyət, millətlərə istiqlal!

Honkonqda insanları qanunsuz aksiyalara qoşulmağa təhrikdə şübhəli bilinən şəxs saxlanılıb

257 03.09.2019 17:44 Son xəbər A A

Çinin Honkonq xüsusi inzibati bölgəsində insanları qanunsuz aksiyalara qoşulmağa təhrik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Honkonq polisi 25 yaşlı İban Lamı şəhər hava limanında xaricdən qayıdarkən həbs edib.

Qeyd edək ki, son aylar Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq başlayan qanunsuz aksiyalar şəhərdə asayişin pozulmasına, metronun və şəhər hava limanının işində fasilələrin yaranmasına səbəb olub, insanların gündəlik yaşayışına, sahibkarların fəaliyyətinə mənfi təsir göstərib. Aksiyaların gedişində polislər və jurnalistlər arasında xəsarət alanlar olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR