İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud ulduzu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi arasında eşq macərası ortaya çıxdı

1231 06.08.2019 17:55 Dünya A A

Məşhur Hollivud ulduzu Lindsi Lohanın tanışları onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əlaqələri barədə danışıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ilk informasiyanı “Page Six” saytı (“The New York Post” qəzetinin şou əlavəsi) yayıb.

Saytın mənbələrinin iddiasına görə, aktrisa Səudiyyə krallığının faktiki rəhbəri ilə çox vaxt keçirir, onun şəxsi təyyarələrində uçur və vəliəhddən bahalı hədiyyələr, o cümlədən müddətsiz kredit kartları alır. L.Lohanın dostları həmçinin onların ikisinin intensiv surətdə yazışdıqlarını da söyləyiblər.

Aktrisanın mətbuat katibi çıxan xəbərləri təkzib edərək, şahzadə Məhəmmədin ona heç bir kredit kartı vermədiyini deyib. Lakin o, Səudiyyə Ərəbistanı şahzadəsinin bir il bundan öncə “Formula-1” qran-pri yarışında Lindsi Lohanla görüşdüyünü etiraf edib.

Xəbərdə Lindsi Lohanın İslamla ciddi şəkildə maraqlandığı və hətta dinini dəyişdirmək istədiyi barədə məlumata da yer verilib. 

Məsələn, 2018-ci ildə aktrisa Londonda keçirilən moda həftəsində qara hicabda görüntülənmişdi.

“The New York Post” Lindsi Lohanın iki il ərzində Dubayda yaşadığına da diqqət çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR