İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud ulduzu Angela Merkelin qaçqın siyasətini dəstəklədi

689 12.02.2016 21:17 Dünya A A
Hollivud ulduzu, məşhur amerikalı aktyor Corc Kluney Almaniya kansleri Anqela Merkel ilə qaçqın böhranı mövzusunda danışıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniya mətbuatında yer alıb.

Məlumata görə, 54 yaşlı aktyor görüşə vəkil olan xanımı Amal Kluney ilə gedib.

Görüşə İngiltərənin sabiq xarici işlər naziri Devid Miliband da qatılıb.

Görüşdən bir gün əvvəl açıqlama verən C.Kluney, A.Merkelin qaçqın böhranı mövzusundakı siyasətini dəstəklədiyini bildirmişdi.

Amerikalı aktyor A.Merkələ bu mövzuda əlindən gələn köməkliyi edə biləcəyini də söyləyib.
  
Aygün SƏFƏRLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR