İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiyada xarici ölkələrdən övladlığa uşaq götürmə ilə bağlı yeni qərar

393 09.02.2021 15:58 Hadisə A A

 

Hollandiyada xarici ölkələrdən övladlığa uşaq götürmə dayandırılıb.

Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, buna səbəb uşaq oğurluğu, uşaq alveri, sənəd saxtakarlığı və dövlət məmurlarının qeyri-etik hərəkətləri ilə bağlı faktların olmasıdır.
Hollandiyanın hüquq müdafiəsi naziri Sander Dekker bildirib ki, hökumət illərdir xaricdən övladlığa götürmə ilə bağlı sui-istifadə hallarını görməzlikdən gəlib. Bu səbəbdən nazir bu məsələdə qurban olan ailələrdən və uşaqlardan üzr istəyib.

Hollandiyada Tjibbe Joustranın sədrlik etdiyi keçmiş böyük bürokratlar və prokurorlardan ibarət müstəqil bir istintaq komitəsi, illərdir xaricdən övladlığa götürmə ilə bağlı məsələlərdə ciddi şəkildə sui-istifadə hallarının olduğunu aşkarlayıb. Məclis tərəfindən təyin olunmuş tədqiqat komitəsi 1967-1997-ci illər arasında xaricdən övladlığa götürülən uşaqları araşdırıb. Məlum olub ki, çoxlu sayda uşaq oğurluğu, uşaq alveri, korrupsiya, saxtakarlıq və sənəd oğurluğu, məmurlar tərəfindən etik olmayan davranışlar baş verib.

O da məlum olub ki, Hollandiyaya daha çox Banqladeş, Braziliya, Kolumbiya, İndoneziya və Şri-Lankadan uşaqlar gətirilib. Hollandiyada övladlığa götürmə şərtlərinin hələ də kifayət qədər yaxşı olmadığını qeyd edən komitə, hökumətdən dərhal xaricdən övladlığa uşaq götürməni dayandırmasını və bu məsələdə qurban olan ailə və uşaqlara kompensasiya verilməsini tələb edib. Nəticədə istefa vermiş hökumətin qanunların mühafizəsi naziri Sander Dekker xaricdən övladlığa götürmə prosedurlarının müvəqqəti dayandırıldığını açıqlayıb.

Sander Dekker bununla uşaqları və bioloji valideynləri istismardan qorumağı hədəflədiklərini deyib.
Xaricdən övladlığa götürmə ilə bağlı yeni sistem 17 martda keçiriləcək ümumi seçkilərdən sonra hakimiyyətə gələcək yeni hökumət tərəfindən qəbul ediləcək.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR