Rusiyanın Hollandiya banklarında dondurulmuş aktivlərinin ümumi həcmi 200 milyon dollara çatıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Mərkəzi bankın rəhbəri Klaas Knot yerli “NOS” portalına danışıb.
Qeyd etmək lazımdır ki, əvvəllər Hollandiyanın maliyyə naziri Siqrid Kaq rusların bu ölkənin sərmayə və pensiya fondlarındakı dondurulmuş aktivlərinin 6 milyon avro olduğunu söyləmişdi.
Lakin Klaas Knot bu rəqəmin sonrada 200 milyona qədər şişdiyini bildirib.
Lakin onun sözlərinə görə, Rusiya və Niderland arasında maliyyə münasibətlərinin əksəriyyəti trast şirkətlər tərəfindən həyata keçirilir. “Mühasibat və vergi hesabatları da orada rəsmiləşdirilir. Lakin Hollandiyada aktivlərin özü yoxdur. Ona görə də dondurmağa bir şey tapmırıq”,-deyə Klaas Knot qeyd edib.
Musavat.com






