İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyində 79 şəhidimiz bu cür anıldı- FOTO

872 18.09.2022 11:47 Region A A

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyində Ermənistanın təxribatlarının qarşısını alan zaman şəhid olan 79 qəhrəman hərbçimiz üçün anım mərasimi keçirilib.

Musavat.com-un məlumatına görə, anım tədbirində bildirilib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində Daşkəsən, Kəlbəcər və Laçın rayonlarına qarşı genişmiqyaslı təxribat törədiblər. Anım tədbirində qəhrəman şəhidlər dualarla yad edilib.

Mərasimdə Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti və rəhbərliyi, Türk-İslam Mədəniyyəti Fondunun prezidenti, vəqfin imamı, Ondört Mahsunlar məscidinin imamı, Ehlibeyt məscidinin imamı və həmin ərazidə yaşayan vətəndaşlar iştirak ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR