İnsanlara hürriyət, millətlərə istiqlal!

HÖKUMƏTİN TƏZYİQLƏRİ TÜRKİYƏDƏ ORDU KOMANDANINI BEZDİRDİ

2195 12.02.2010 09:50 Gündəm A A
Başbuğ hərbi dəniz qüvvələrinin komandanına qarşı bu qoşun növündə xidmət edən bəzi zabitlərin sui-qəsd hazırladığı haqda uzun müddət hökumətə bağlı KİV-lərdə yer alan iddiaların boşa çıxması ilə bağlı danışaraq deyib ki, bütün bunlar ordunu gözdən salmağa xidmət edir:
“Yetər! Belə rəzillik olarmı? Hanı, deyirdilər dəniz qüvvələrinin komandanına sui-qəsd hazırlayıblar? Bunlar bizim səbrimizi daşırır, hesabını kim verəcək?” Generala görə, bu iddialar ordu daxilində hətta öz komandanlarına sui-qəsd hazırlayan qüvvələrin olması barədə rəy yaratmaq məqsədi daşıyıb. “Burası Türk Silahlı Qüvvələridir, hansısa banan ölkəsinin ordusu deyil. Bu orduda nizam-intizam yüzdə yüz tamdır. Keçən ay generalları topladım, danışdım. Bu xəbəri də birbaşa məndən duysunlar. Amma onu da söyləməliyəm ki, bu ordunu çox da sıxmasınlar”. Son günlər hökumət tərəfindən ortaya atılan yeni çevriliş planları ilə bağlı isə Başbuğ “bir az da gözləyin, nəyin nə olduğunu görəcəksiniz” deyib. Baş qərargah rəisi deyib ki, silahlı qüvvələrə qarşı aparılan bu təbliğat şəxsi heyətin əhval-ruhiyyəsinə mənfi təsir edib, bu cür əhval-ruhiyyədə olan ordu isə çox təhlükəlidir. “Mən indi şəxsi heyətin əhval-ruhiyyəsini yüksəltmək üçün hərbi hissələrə baş çəkməyə gedirəm. Əsgərlərimin əhvalını korlayanlara qarşı şəxsən döyüşəcəyəm” deyə, o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR