HÖKUMƏT REFERENDUMLA DƏYİŞDİYİ QANUNUN MEXANİZMLƏRİNİ HAZIRLAYA BİLMİR
Hazırkı qanunvericilik bələdiyyələrin 6 aydan bir seçiciləri qarşısında hesabat verməsini nəzərdə tutur. Bundan başqa, onlar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi qarşısında da hesabat verirlər. Buna baxmayaraq, bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsinə dair xüsusi qanun layihəsi hazırlanır. Ekspertlər isə hesab edirlər ki, bu dəyişiklik düşünülmədən edilib. Çünki 1700-dən artıq bələdiyyənin parlament qarşısında hesabat verməsi qeyri-mümkündür.
Mütəxəssislərə görə, bir seçkili orqanın digər seçkili orqan qarşısında hesabat verməsi hüquq pozuntusudur və praktiki cəhətdən mümkün deyil. Bələdiyyələrin parlament qarşısında hesabat verməsini nəzərdə tutan bir qanunun hansı zərurətdən doğmasının məntiqi əsası həqiqətən də yoxdur. Bu qanunun qəbulu yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini məhdudlaşdıra bilər. Üstəlik, bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Qeyd edək ki, ölkəmiz Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdə bələdiyyələrin müstəqilliyinə təminat verib. Həmçinin ölkəmiz Yerli Özünüidarə Haqqında Xartiyaya qoşulub. Orada isə göstərilir ki, bələdiyyələr öz səlahiyyətləri çərçivəsində tam müstəqilliyə malikdirlər və onlar üzərində dövlət nəzarətinə yol verilmir.
Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, “Bələdiyyələrin statusu haqqında” Qanuna nəzərdə tutulan əlavədə bələdiyyələrin illik hesabatının növbəti ilin aprel ayının 1-dək təqdim edilməsi nəzərdə tutulur.
Komitə sədrinin fikrincə, bələdiyyələrin parlamentdə hesabat verməsi onlara ayrılan vəsaitin qanunsuz məqsədlər üçün sərf olunmasının qarşısının alınmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, Milli Məclisdə “Bələdiyyələrin statusu haqqında” Qanuna ediləcək əlavələr və dəyişikliklərdə bələdiyyələrin vaxtından əvvəl buraxılması qaydaları da öz əksini tapıb. A.Rəhimzadə bildirib ki, bələdiyyələrə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan bələdiyyə aktlarının konstitusiyaya və qanunlara, Azərbaycan prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olması faktını müəyyən edən məhkəmənin qərarı qüvvəyə mindikdən 1 ay ərzində həmin aktların dəyişdirilməsi və ya ləğv edilməməsi faktı müəyyən edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər. Onun sözlərinə görə, bələdiyyələrin iclaslarının azı 3 ay keçirilməməsi və ya 3 iclasında dalbadal bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirak etməməsi faktı müəyyən edildikdə də bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, bələdiyyələr və ümumiyyətlə hər bir hüquqi subyekt xərclədikləri vəsaitlərlə, fəaliyyətləri ilə bağlı hesabatlar verməlidirlər: “Hazırda bu hesabatlar rübdə və ildə olmaq şərttilə Vergilər Nazirliyinə, Sosial Müdafiə Fonduna verilir. Bələdiyyələrin hesabatlılığı məsələsi isə müvafiq qanunda təsbit olunub ki, 6 aydan bir, yaxud da ən azı ildə bir dəfə olmaq şərtilə vətəndaşlar qarşısında olmalıdır. Bu, qanunla tənzimlənən bir məsələdir. Normal bir haldır ki, bələdiyyələr ayrıca seçkili orqan olduqları üçün öz seçiciləri qarşısında hesabat verirlər. Parlament qarşısında hesabatlılığa gəlincə, bizim qənaətimiz ondan ibarətdir ki, bu, bilavasitə bələdiyyələri asılı quruma çevirmək məqsədinə xidmət edən bir məsələdir. 1700-dən artıq bələdiyyənin ayrı-ayrılıqda parlamentdə hesabat verməsi praktiki və fiziki baxımdan mümkünsüzdür”. Bəs bunun mexanizmi necə olmalıdır? İ.Hüseynlinin sözlərinə görə, bunu Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin vasitəsilə həyata keçirmək mümkündür.
Parlamentin Regional siyasət komitəsinin üzvü Tahir Rzayev isə hesab edir ki, bütün bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi nəzərdə tutulmur: “Yalnız ehtiyac olan bələdiyyələr zərurət yaranan təqdirdə, parlament qarşısında hesabat verəcək”.