Ermənistandakı seçkilərdən sonra ilk dəfə - iyunun 24-də Putinlə Paşinyan arasında telefon danışığı olub.
“Rusiya Dağlıq Qarabağda sabitliyin təmin olunması üçün vasitəçilik səylərini davam etdirəcək”. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
Lakin telefon danışığı barədə Ermənistan hökumətinin yaydığı məlumatda belə bir cümlə də var: “Putin Ermənistanda seçkilərin uğurlu təşkili və qələbə münasibəti ilə Nikol Paşinyanı təbrik edib”.
Maraqlıdır ki, bundan iki gün öncə, iyunun 22-də Putin Ermənistan prezidenti Armen Sərkisyanı ad günü münasibətilə təbrik etmişdi.
Lakin ən önəmlisi odur ki, Paşinyanla telefon danışığı İlham Əliyevlə Putin arasında telefon söhbətindən cəmi bir gün sonra baş tutub. Moskva Paşinyan hakimiyyəti ilə işləməyə davam edəcəkmi?
Maraqlıdır ki,Putin eyni gündə Ərdoğanla da telefonla danışıb. Şuşa Bəyannaməsinin Rusiyada narahatlıq yaratdığı barədə iddialar var idi. Ərdoğan və Putin “əqrəbləri” tutuşdurdularmı? Ərdoğan Şuşada olarkən demişdi ki, sülh üçün Putin də fədakarlıqlar göstərir.
Gündəmin ən çox müzakirə edilən hadisələrindən biri isə Gürcüstanda karantin rejiminin pozulmasına görə bütün cərimələr əhalinin üzərindən silinəcəyi xəbəridir. Bu təşəbbüs çərçivəsində 245 min vətəndaş və 344 hüquqi şəxs üzərindən həm inzibati, həm də cinayət məsuliyyəti götürüləcək. Söhbət 76 milyon lari həcmində ödənilməmiş cərimələrdən gedir. Azərbaycanda da analoji addımın atılması mümkünmü?
Cəmiyyətdən gələn narazılıqlardan biri də toylara icazə verilməsindən sonra şadlıq evlərinin qiymətləri qaldırmasıdır. Bakıda bu, 15-20 manatdı, rayonlarda 6-7 manat... Xüsusilə də kasıb və orta təbəqənin istifadə etdiyi menyular bahalaşır. Həmçinin toya gələnlərdən vaksin pasportu tələb edilməsi birmənalı qarşılanmır.
Bu gün MusavatTV-nin canlı yayınında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə gündəmi müzakirə etdik.
İzləyin:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






