İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət deputatların təkliflərinə dekabrın 1-də cavab verəcək

555 23.11.2017 13:14 Ölkə A A

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Zahid Oruc parlamentə ayrılan vəsaitin azlığından şikayətlənib.

Deputat bildirib ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır: “Nazirlər Kabinetinin, Prezident Administrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm, bizim sürücülər də nəzərə alınsın və bu fərq aradan qaldırılsın".

Deputat Sahib Alıyev 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bayram tədbirlərinin keçiriləcəyini dedi. Ancaq bildirdi ki, gələn il yalnız bayram tədbirləri keçirilməycək. Deputat 2018-ci ildə 1918-ci il deportasiyasının 100 ilinin, 1948-ci il deportasiyasının 70 ilinin, 1988-ci il deportasiyasının isə 30 ilinin tamam olacağını bildirdi. Ona görə də Maliyyə Nazirliyini parlamentə əlavə vəsaitlər ayırmağa çağırdı.

Spiker Oqtay Əsədov səslənən təkliflərə münasibət bildirərkən dedi ki, 2018-ci il həm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həm də Azərbaycan parlamentinin 100 illiyidir, xaricdən qonaqlarımız olacaq, ona görə də bu tədbirləri yüksək səviyyədə keçirməliyik. Spiker dedi ki, Maliyyə Nazirliyi ilə bütün məsələlər yüksək səviyyədə həll edilir. O.Əsədov parlamentin iki böyük tədbirə hazırlaşdığını da vurğuladı.

Spiker dedi ki, Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək: “Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin”.

Maliyyə naziri Samir Şərifov da bildirdi ki, deputatların təklifləri hökumətə çatdırılacaq: “Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndirləcək”.

E.PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR