HÖKUMƏT AVROPA MƏHKƏMƏSİNİN BÖYÜK PALATASINA ŞİKAYƏT ETDİ
Eynulla Fətullayevlə bağlı qərarın əslini hələ oxumadığını deyən F.Abdullayev daha sonra bunları bildirib: “Amma qərarın nəticəsi hamıya məlumdur. Artıq Azərbaycan tərəfi Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verib. Ona görə də bir hüquqşünas və məhkəmə sədri kimi hesab edirəm ki, palata buna münasibət bildirməlidir. Ondan sonra proses bu mexanizm üzrə davam etməlidir”.
Məhkəmə sədrinin sözlərinə görə, Avropa Məhkəməsinin hər bir qərarından sonra Ali Məhkəmənin Plenumu işə 3 ay müddətində baxmalıdır: “Baxılandan sonra məhkəmə qərarları bu və ya başqa dərəcədə ləğv olunur və baxılmaq üçün yeni məhkəməyə göndərilir. Yəni qərar hansı mərhələdə ləğv olunur, bunu Ali Məhkəmə Plenumu müəyyən etməlidir”.
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev Fərhad Abdullayevin açıqlamasına münasibət bildirib. İ.Əliyev Azərbaycan hökumətini belə müzakirələr açmaq əvəzinə jurnalisti dərhal azad etməyə çağırıb: “Eynulla Fətullayev dərhal buraxılmalıdır. Azərbaycan hökumətini jurnalistin ifadə azadlığına qanunsuz müdaxiləsi və jurnalistin baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi Avropa Məhkəməsi səviyyəsində təsdiqini tapması faktı qıcıqlandırır. Normal hökumət Avropa Məhkəməsinin qərarında göstərilən pozuntuların aradan qaldırılması üçün özü təşəbbüs göstərməli və jurnalisti dərhal, heç bir şərt irəli sürmədən azadlığa buraxmalıdır. Azərbaycan hökuməti isə bildirir ki, Avropa Məhkəməsi səlahiyyət həddini aşır. Ümid edir ki, qərardan şikayət etməklə vaxtı uzadacaq. Hesab edək ki, Avropa Məhkəməsi jurnalistin dərhal azad edilməsi ilə bağlı qərar verməyib. Ancaq jurnalistə münasibətdə kobud qanun pozuntularına yol verildiyi faktını öz qərarında təsbit edib. Ən pisi Azərbaycan hökumətinin bu cür müzakirələr açması və belə müzakirələrə hakim korpusunun nümayəndələrini cəlb etməsidir. Məsələn, Fərhad Abdullayevin, Əli Seyfəliyevin, insan hüquq və azadlıqlarına məsul qurumun Azərbaycandan olan səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun, parlamentin vitse-spikeri Ziyafət Əsgərovun çıxışları. Bu cür müzakirələr Azərbaycan hökumətinin insan haqlarına münasibətini ortaya qoyur. Hesab edirəm ki, hökumət Avropa Məhkəməsinin jurnalistlə qərarın Fətullayevin dərhal azadlığa buraxılması hissəsini müzakirə predmetinə çevirməli deyil. Bunun əvəzində ictimaiyyət, vətəndaş cəmiyyəti qurumları ilə birgə ölkədəki media qurumlarının mövcud vəziyyətini müzakirə etməlidir, buna qiymət verməlidir”.
Çingiz Əsgərovun “Media forum”a açıqlamasında söylədiyi “Azərbaycanda rəsmi strukturların, parlamentin və məhkəmə orqanlarının Avropa İnsan Hüquqları Məhkəməsinin əleyhinə apardığı kampaniyanın, qurumu erməni lobbisinin təsiri altında qərar qəbul etməkdə günahlandırması ictimai müzakirələrdir” fikirlərinə İntiqam Əliyevin münasibəti belə olub: “Azərbaycan hökuməti ölkənin vətəndaş cəmiyyəti qurumları ilə Avropa Məhkəməsinin Fətullayevin dərhal azad edilməsi barədə səlahiyyətinin olub-olmamasını yox, medianın durumu ilə bağlı, difammasiyaya görə jurnalistin cinayət məsuliyyətinə cəlb edilməsi barədə normaların qanunvericilikdə saxlanıb-saxlanmaması, digər önəmli, cəmiyyəti narahat edən, o cümlədən Avropa Məhkəməsinin media ilə bağlı çıxardığı iki - Ağazadə, Rövşən Mahmudov, o cümlədən Eynulla Fətulayevlə bağlı qərarlarında əks olunmuş problemlər ətrafında ictimai müzakirələr açılmalıdır. Bu cür müzakirələr cəmiyyətimiz və dövlətimizin inkişafı üçün daha faydalı olardı. Təəssüf ki, Azərbaycan hökuməti belə mövzularda ictimai müzakirələrə açıq deyil”.