İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökməlidə narkotacirdən 2 kiloqram heroin aşkar edilib - VİDEO

415 15.02.2023 11:09 Kriminal A A

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Əhəd Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən külli miqdarda - 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR