Bu qədim alman məcunu damarları təmizləyir, kirəclənməyə qarşı güclü əks-təsir göstərir.
Musavat.com axar.az-a istinadən sözügedən dərmanın reseptini təqdim edir:
İnqrediyentlər
Zəncəfil kökü - 1 kiçik bir parça;
4 limon təmizlənmədən;
4 böyük diş sarımsaq;
2 litr su.
Hazırlanma qaydası
Limon və zəncəfil yuyub, tikələr halına gətirin. Blender ilə onları əzin. Sonra sıra ilə sarımsaq və həm də digər komponentləri ora əlavə edin. Onları yaxşı qarışdırın, sonra isə alınan qarışığı bir kasaya boşaldın.
Suyu əlavə edib od üzərinə qoyun. Qaynamasını gözləmədən götürüb soyumasını gözləyin. Sonra süzgəcdən keçirin.
Ən yaxşısı şüşə butulkalarda 1-2 saat soyuducuda saxlamaq məsləhətlidir.
Tətbiqi
Qarışığı yeməyə 2 saat qalmış, acqarına içməyə çalışın. Üç həftə ərzində yemək qarışığı ilə istifadəyə davam edin. Sonra 1 həftə ərzində fasilə verin. Lazım gələrsə, müalicə kursunu təkrarlaya bilərsiniz. Sarımsaq iyindən narahat olmağa dəyməz, çünki o, hazırlıq prosesində öz qoxusunu itirir.






