İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın baş naziri Pakistan liderinin nəvəsinin toyuna gəldi

1070 25.12.2015 23:53 Dünya A A

Hindistanın baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib.

O, Laxor şəhərində Pakistanın baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib.

Görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.

Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.

Bu, 2004-cü ildən bəri Hindistan baş nazirinin Pakistana ilk səfəridir./Virtualaz.org/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR