İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda hərbi islahatlara etiraz olaraq qatarları yandırıblar

416 19.06.2022 04:48 Dünya A A

Hindistanda hərbi islahatlara etiraz olaraq qatarları yandırıblar.

"Report" xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Polislə toqquşmalarda azı bir nəfər ölüb, etirazçılar azı 12 qatarı yandırıblar.

Ölkədə hərbi xidmət islahatlarına qarşı etirazlar davam edir.

Bundan əvvəl Hindistan hökuməti hərbi xidmətdə islahatların aparılması planlarını təqdim edib. Plana əsasən, uzunmüddətli müqavilələr əvəzinə 4 illik razılaşma bağlanacaq. Üstəlik, dörd ildən sonra hərbçilərin 75%-i heç bir hərbi təqaüd almadan ordudan xaric ediləcək. Qalan 25 faizə isə 15 il xidmət göstərməyə icazə veriləcək.

Ehtimal olunur ki, bu tədbirlər silahlı qüvvələri gəncləşdirəcək, istefada olan əsgərlərin pensiya və müavinətlərinə qənaət edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR