İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda hərbi bazaya girməyə çalışan naməlum şəxs güllələdilər

484 19.02.2018 12:53 Hadisə A A

Hindistanda naməlum şəxs Cammu və Kəşmir ştatındakı Buqdam rayonunda yerləşən Hərbi Hava Qüvvələrinə məxsus bazaya qanunsuz girməyə çalışıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, keşikçinin xəbərdarlıq atəşinə məhəl qoymayan şəxs hərəkətinə davam edib və keşikçi qanun pozucusuna atəş açıb. O, ölüb.

Ştat polisinin "Twitter" hesabında yerləşdirilən rəsmi məlumata görə, gecəyarısı bazaya soxulmağa çalışan naməlum şəxsin ruhi problemlərinin olduğu ehtimal edilir.

Ölən şəxsin kimliyi müəyyənləşdirilsə də motivləri hələ məlum deyil.

Rəsmilər məsələnin araşdırılacağını bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR