İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda "Fani" qasırğası qurbanlarının sayı 64 nəfərə çatıb

320 13.05.2019 10:05 Dünya A A

Hindistanda "Fani" qasırğası 64 nəfərin həyatına son qoyub.

Bu barədə "Report" NDTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə Puri şəhərinə güclü zərər vurub. Xilasedicilər sulardan 18 cəsəd çıxarıblar.

Regionda bərpa işlərinə başlanılıb. Təbii hadisənin vurduğu ziyanın miqdarı hesablanır.

Qeyd edək ki, "Fani" qasırğası Hindistanda mayın 3-də tüğyan edib. Təbii hadisə son 20 ildə ölkə tarixində ən dağıdıcı qasırğadır.

Daha əvvəl bildirilirdi ki, "Fani" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR