Hindistanın İndor şəhərində dördmərtəbəli mehmanxana uçub.
Trend-in yerli "The Asian Age" qəzetinə istinadən verdiyi məlumata görə, binanın uçması nəticəsində 9 nəfər həlak olub, 10 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Binanın uçmasının səbəbi barədə məlumat verilmir.






