Hindistanda bina çöküb, 5 nəfər ölüb, onlarla insan dağıntılar altında qalıb
Bu gün səfər Hindistanın Maxaraştra əyalətindəki Bxivandi şəhərində üçmərtəbəli bina çöküb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 5 nəfər ölüb, onlarla insan dağıntı altında qalıb.
Bina qəzalı vəziyyətdə olub və hakimiyyət orqanları sakinlərə binanın yaşayış üçün təhlükəli olduğu barədə öncədən xəbərdarlıq edib. Binada 7 ailə yaşayıb. Ən azı 30 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hazırda xilasetmə əməliyyatı aparılır.






