İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda aviaşirkətlər sərnişinlərə yalnız vegeterian yeməklər verəcək

478 11.07.2017 18:55 Dünya A A

Hindistanın böyük aviaşirkətlərindən olan “Air India” özünün daxili reyslərində ekonom klassla uçan sərnişinlərinə yalnız vegeterian yeməklər verəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Indian Express”də yer alıb.

Şirkət bu addımı tullantıların azalmasına, xərclərin aşağı enməsinə və xidmətin yaxşılaşmasına görə atdığını bildirib.

Bundan başqa, səbəblərin sırasında ət yeməklərinə sərnişinlər arasında tələbatın az olması da göstərilir. Əvvəllər isti ət yeməkləri 90 dəqiqədən çox uçan sərnişinlərə təklif olunurdu.

Beynəlxalq reyslərdə ət yeməyindən imtina etmək hələlik nəzərdə tutulmayıb.

Aygün,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR