İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan parlamenti Kəşmirin xüsusi statusunun ləğvini dəstəkləyib

423 06.08.2019 21:00 Dünya A A

Hindistan parlamentinin aşağı palatası Konstitusiyanın Cəmmu və Kəşmir ştatına xüsusi status verilməsini nəzərdə tutan 370-ci maddənin ləğvi qərarını dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, parlamentin 366 deputatı təşəbbüsün lehinə, 66-sı isə əleyhinə səs verib.

Beləliklə də, Cəmmu və Kəşmir ştatına xüsusi status verilməsini nəzərdə tutan 370-ci maddənin ləğvi Hindistan parlamenti tərəfindən dəstəklənib.

Təşəbbüsə əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq birbaşa federal hökumət tərəfindən idarə olunur.

Qeyd edək ki, ötən gün Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR