İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan fond bazarı Honkonqu arxada qoydu

349 23.01.2024 10:59 Dünya A A

Hindistanın fond bazarı - Hindistanın Milli Fond Birjası (NSE) və Mumbay Fond Birjası (BSE) bazar kapitallaşması baxımından ilk dəfə olaraq Honkonq birjasını geridə qoyub.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Hindistan birjalarında siyahıya alınmış səhmlərin ümumi dəyəri dünən hərraclar bağlanan zaman 4,33 trilyon dollara çatıb. Honkonq birjasında bu göstərici 4,29 trilyon dollar təşkil edib. Bu, inkişaf perspektivləri və siyasət islahatları ilə daha çox investor cəlb edən Hindistanı dünyanın dördüncü ən böyük qiymətli kağızlar bazarına çevirir. Onun birja kapitallaşması keçən il dekabrın əvvəlində ilk dəfə olaraq 4 trilyon dolları ötüb.

Hindistanda səhmlər sürətlə böyüyən pərakəndə investor bazası və güclü korporativ gəlirlər sayəsində sürətlə inkişaf edir. Agentlik qeyd edir ki, bu Cənubi Asiya ölkəsi sabit siyasi sistemi və istehlaka əsaslanan iqtisadiyyatı sayəsində həm qlobal investorlardan, həm də şirkətlərdən artan kapital cəlb edir.

Hindistan səhmlərinin güclü yüksəlişi Çinin ən güclü və innovativ şirkətlərinin yerləşdiyi Honkonqdakı enişlə üst-üstə düşüb. "Bloomberg" enişə gətirən faktorlar olaraq Pekinin sərt COVID-19 məhdudiyyətlərini, korporasiyalara tənzimləyici təzyiqləri, daşınmaz əmlak böhranını və geosiyasi gərginliyi göstərir.

"JPMorgan"ın son proqnozuna görə, Hindistan dörd il ərzində dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək və onun ÜDM-i 2030-cu ilə qədər iki dəfə artaraq 7 trilyon dollara çatacaq. Beynəlxalq Valyuta Fondunun Dünya İqtisadi Görünüşü hesabatında Hindistanın ÜDM-nin 2023-24-cü maliyyə ilində artım tempi 6,3 faiz həcmində proqnozlaşdırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR