İnsanlara hürriyət, millətlərə istiqlal!

Hillari Klinton Rusiyanın ABŞ prezidentliyinə əsas favoritini açıqladı

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kremlin 2020-ci ildə keçiriləcək prezident seçklərində favoritini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Medialite” saytı məlumat yayıb.
Demokrat partiyasından vaxtilə vahid namizəd olmuş H.Klinton hamının gözlədiyinin əksinə, onun Donald Tramp olmadığını deyib.
Amerikalı siyasətçini fikrincə, bu, Yaşıllar partiyasının lideri Cill Stayndır.

“Bəli, o, əsl Rusiyanın adamıdır”,-deyə Klinton vurğulayıb.

Qeyd olunur ki, Cill Staynın adı ABŞ siyasi səhnəsində ilk dəfə hallanmır. O, 2016-cı ildə də eyni partiyadan prezidentliyə namizədliyini irəli sürüb.

“The New York Times” qəzetinin yazdığına görə, xanım Stayn əvvəldən Rusiya ilə qaranlıq bağlantılarda şübhəli bilinir.

Hələ 2017-ci ilin sentyabrında ABŞ senatoru Riçard Berr onun Kreml və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin araşdırılmasını tələb etmişdi.

Demokratların fikrincə, məhz Cill Stayn 2016-cı il seçkilərində Hillari Klintonun favorit olaraq göründüyü Miçiqan, Viskonsin və Pensilvaniya ştatlarında on minlərlə səsi alaraq əslində Donald Trampın qələbə qazanmasına şərait yaradıb.

Ümumiyyətlə bu xanımı tez-tez “Russia Today” telekanalı, “Sputnik” agentliyi kimi Rusiyanın təbliğat vasitələrində qonaq kimi görmək olar.

Demokrat parityasının öndə gələn siyasətçiləri Kremlin eyni taktikanı Donald Trampın rəqibinə qarşı istifadə edəcəyinə əminliklərini ifadə edirlər.

Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR