İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacızadə: “Qarabağ müzakirələri tam məxfi şəkildə aparılır”

4867 07.04.2016 18:30 Gündəm A A
Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Rusiya XİN rəhbəri Serqey Lavrov və İran XİN rəhbəri Cavad Zərif arasında üçtərəfli görüş başlayıb. 

Görüş "Feyrmont" otelində keçirilir. Görüşdə tərəflər arasında Dağlıq Qarabağda baş verən hadisələr və Xəzər dənizinində əməkdaşlıq məsələləri müzakirə olunur. Nazirlərin görüşdən sonra mətbuata açıqlaması gözlənilir.

Mövzu ilə bağlı politoloq Hikmət Hacızadə Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, XİN rəhbərlərinin görüşü PR xarakterlidir: “Bu gün Azərbaycanda Rusiya, İran və Azərbaycan XİN rəhbərləri görüşür. Amma bu görüşlərin hansısa nəticələrə gətirib çıxardacağına inanmıram. Dağlıq Qarabağla bağlı bütün proseslər Azərbaycan və Rusiya arasında aparılan danışıqlarda həllini tapır. Əsl danışıqlar isə məxfi şəkildə aparılır.

Rusiya Azərbaycanı öz nəzarətinə salmaq, öz yanında görmək istəyir. Azərbaycanda bu məsələnin qarşılığında Dağlıq Qarabağın qaytarılmasını istəyir. Amma Rusiya isə Dağlıq Qarabağla bağlı bütün məsələlərlə Ermənistanın razılaşmadığını qeyd edir. Azərbaycan isə belə olan halda hərbi əməliyyatlara başlayacağı zamanı Rusiyanın bitərəf qalmasını istəyir. Bütün mövzular bunlardan ibarətdir və digər danışıqlar, hansısa görüşlər görüntü xarakterli bir proseslərdir. Azərbaycan və Rusiya arasındakı bu məxfi danışıqlar Avrasiya İttifaqı yaranan vaxtdan aparılır".
 
Deyerler.org

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR