İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Çətin: "Biz Ermənistanla diplomatik əlaqələrimizi bərpa etmək istəyirik, amma bu Azərbaycansız mümkün deyil"

300 06.11.2021 10:30 Siyasət A A

"Ermənistanla bağlı qərarları diaspora verməli deyil, buna Ermənistan xalqı qərar verməlidir"

Musavat.com bildirir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumunda deyib.

O, daha sonra qeyd edib: "Biz diplomatik əlaqələrimizi bərpa etmək istəyirik. Bu Azərbaycansız mümkün deyil. Əgər Ermənistan buna uyğun cavab versə Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan arasında diplomatik münasibətlər qurulacaq. Hazırda sülh vaxtıdır. Qafqaz regionu çox vacib regiondur və bizə hərtərəfli sülh lazımdır".

"Zamanında Azərbaycandan Avropaya gedən boru kəmərlərinin keçdiyi ərazilərin ən qısası Ermənistandan keçməli idi. Lakin münaqişənin sülh yolu ilə həlli baş tutmadığından bu mümkün olmadı. Mən Ermənistanın baş nazirinə bunu bildirmək istəyirdim. Lakin o vaxt münaqişənin sülh yolu ilə həlli mümkün olmadı. Ermənistan yeni ərazilər işğal etmək istəyirdi. Biz münaqişənin sülh yolu ilə həllinə can atanda onlar Azərbaycanın əzəli torpaqlarını işğal etmişdilər. ATƏT-in Minsk qrupu əvvəllər çox vacib təsisat idi. Biz ümidli idik, çünki təşkilatda 3 ölkədən həmsədr var idi. Lakin onlar heç nə etmədilər. Uzun-uzadı görüşlər, toplantılar nəticəsiz oldu. Azərbaycan əvvəldən problemin sülh yolu ilə həllinə tərəfdar idi. Lakin 30 ildən sonra güc tətbiq etməkdən başqa seçim qalmadı. Ermənistan lideri revanşizm haqında düşünməməli idi".


Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR