İnsanlara hürriyət, millətlərə istiqlal!

Hicab məhbusuna növbəti ağır cəza - Araz Quliyev “krıtı”ya göndərilir

2115 20.03.2015 14:37 Son xəbər A A

Məlum olduğu kimi, ötən il dekabrın 22-də 14 saylı həbsxanada məhkum Elşad Babayev öldürüldükdən sonra orada etiraz baş vermiş, buna görə 11 dustaq işgəncə verilmək üçün “Tubzon”a göndərilmişdi. Həmin məhkumlar dekabrın 26-dan karserdə saxlanılırdı.

Musavat.com-un cenubnes.com-a istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə həmən dustaqlardan 8-i karserdən çıxarılıb. Digər üç nəfər – hicab məhbusu və jurnalist Araz Quliyev, Miryusif Seyidov və Natiq adlı məhkum hələ də karserdə saxlanılırdı. 

Daxil olan məlumata görə, dünən günorta saatlarında Araz Quliyev və daha iki məhkumun 14 saylı həbsxanada məhkəməsi keçirilib. Məhkəmənin onların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarıb.

Hüquq müdafiəçilərinə görə bu, dustaq ölümünə etiraz edənlərə qarşı artıq növbəti işgəncə qərarıdır.

Xatırladaq ki, Araz Quliyev əsassız ittihamlarla 8 il müddətinə azadlıqdan məhrum edilib. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR