İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Kubokunun qalibi məlum olub

695 16.06.2018 04:31 İdman A A

Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə III Heydər Əliyev Kubokuna yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub.

Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazanıb. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb. Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutub. Bürünc medallara isə “Zaqatala” yiyələnib. Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qalıb.

Heydər Əliyev Kuboku, 3-cü tur

15 iyun

Zaqatala - Şüvəlan 2:2

Qollar: Nicat Muxtarov, 29. Sərxan Abdullayev, 60 - Rəhman Musayev, 34; 74-pen.

Araz Naxçıvan - MOİK 2:2

Qollar: Nuran Qurbanov, 40. İlqar Ələkbərov, 70 - Əli Banişevski, 7. Fərmayıl Əliyev, 48.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR