İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni saytı təqdim olunub

806 21.11.2016 16:23 Son xəbər A A

21 noyabr 2016-ci il, Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportunun www.airport.az saytı yenilənib.

Bu barədə Musavat.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub – reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur.

Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından paytaxt Bakıya hərəkət edən  nəqliyyat vasitələri  barədə məlumat burada toplanılıb.

Veb-saytın fəaliyyəti üzrə təkliflərinizi, eləcə də sual və iradlarınızı pr@airport.az ünvanına, həmçinin Facebook - www.facebook.com/BakuAirport , Instagram – www.instagram.com/BakuAirport   və Twitter - www.twitter.com/BakuAirport   
-  sosial şəbəkələri vasitəsilə göndərə bilərsiniz.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR