"Səhnədən öz istəyimlə uzaqlaşdım. Ailə qurdum, həyatımda yeni mərhələ başladı. Səhnə üçün darıxıram. Bu da normal haldır. Məncə, hər kəs səhnədən uzaqlaşanda darıxır”.
Musavat.com xəbər verir ki, bu sözləri “Eurovision” təmsilçimiz Safura Əlizadə sosial şəbəkədə izləyicilərin suallarını cavablayarkən deyib. O, həyat yoldaşı ilə necə tanış olduğundan danışıb:
"Yoldaşımla Bodrumda tanış olduq. Konsertlə əlaqədar ora getmişdim. Aramızda 13 yaş fərq var. Bu, məni narahat etmir".
Safura həyat yoldaşının ona sənəti ilə bağlı qadağa qoymadığını da açıqlayıb:
“Yoldaşım mənə oxumaqla bağlı qadağa qoymayıb. Yeni ailə qurmuşdum, övladım var idi, ona vaxt ayırdım. 16 yaşımdan səhnədəyəm, işləmək üçün darıxdığım anlar olur. Xoşbəxtəm, bu da insanın özündən asılıdır. Sənin hər şeyin ola bilər və xoşbəxt olmazsan. Heç nəyin olmaya bilər, amma xoşbəxtliyi yarada bilərsən".
Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün 3 övladı var.
Könül
Musavat.com






