İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyasızlığın bu qədəri... - Los-Ancelesdəki konsulluğumuza qarşı ilginc erməni təxribatı

909 20.05.2023 11:59 Gündəm A A

Azərbaycanın cavab addımları nə olacaq? Ekspertlər deyir ki...

ABŞ erməniləri ölkəmizə qarşı növbəti təxribata əl atıblar. Belə ki, Los-Anceles Şəhər Şurası şəhərin qərbində Uilşir bulvarı ilə Qrenvill prospektinin kəsişməsindəki yeri “Artsax Respublikası meydanı” adlandırmaq qərarına gəlib.

Musavat.com erməni agentliklərə istinadən xəbər verir ki, bu barədə “Laist” portalı məlumat yayıb. Sənəddə qərarın “Los-Ancelesdən minlərlə kilometr uzaqlıqda ermənilər üçün döyüşən bölgənin şərəfinə” verildiyi vurğulanıb.

Şəhər şurasının erməni sədri Pol Krekoryanın sözlərinə görə, Azərbaycanın Los-Ancelesdəki konsulluğu burada yerləşdiyi üçün məhz bu kəsişmə seçilib.  

Yəni buna qəsdən gedirlər ki, konsulluq öz sənədlərində yerləşdiyi ünvanı təzə adla göstərməyə məcbur olsun. Bu, əlbəttə ki, erməni məkrinin yeni formasıdır. Beləcə, separatçılığın təbliği ilə yanaşı, başqa bir fitnəkar hədəfin güdüldüyü ortadadır.

Azərbaycan hökuməti məsələ ilə bağlı ABŞ-a rəsmi etiraz bildirəcəkmi? İkincisi, əgər ermənilər öz istəklərinə çatsalar, konsulluq başqa ünvana köçürüləcəkmi? 

Fikrət Yusifov iri ranqlı məmurlara çağırış etdi: "Libasınızı dəyişib  xalqın içərisinə çıxın..."

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bu erməni həyasızlığının daha eybəcər formada təzahürüdür. Bundan öncə də ABŞ-da bəzi küçələrə “artsax” adının verilməsi halları olub: “Şəxsən özüm bunun şahidi olmuşam. Keçən il ABŞ-da səfərdə olarkən Kaliforniya ştatındakı orta şəhərlərin birində erməni tör-töküntülərinin səyləri ilə küçələrdən birinə ”arsax" adı verildiyini  şəxsən gördüm. Bunu da o şəhərin erməni kökənli bələdiyyə rəhbərləri etmişdilər. İndi isə meydanlara qondarma “artsax” adını verməyə başlayıblar.

2020-ci ildə 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra, dünyanın hər yerində, xüsusilə də Ermənistanda yaşayan ermənilər gerçəkdən depressiyaya düşüblər. Bir qədər öncə də vaxtilə Türkiyə və Azərbaycan diplomatlarını qətlə yetirən əsrin cinayətkarlarına İrəvanda “Nemezis” abidəsi ucaltmışdılar. Rusiyanın hərbi-siyasi dəstəyi ilə Qarabağı işğal edib qürrələnən bu toplum - bunlara xalq deməyə adamın dili gəlmir - ikinci Qarabağ savaşındakı biabırçı məğlubiyyəti həzm edə bilmir və bu səbəbdən də belə səviyyəsiz, sərsəm addımlarla öz aqressiyalarını nümayiş etdirirlər".

F.Yusifov hesab edir ki, beynəlxalq hüququn belə məsələlərlə bağlı tələbləri araşdırılmalı və bununla bağlı Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları hökumətinə aidiyyəti etiraz ünvanlamalıdır: “Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da ştatların və hətta bələdiyyələrin belə məsələlərdə müstəqil qərarlar qəbul etməsi adi haldır. Buna baxmayaraq, biz bu eybəcər qərara öz etirazımızı rəsmi şəkildə bildirməli və belə addımların iki dövlət arasındakı münasibətlərə zərər gətirdiyini ABŞ-n rəsmi dairələrinin diqqətinə çatdırmalıyıq. 

Erməni tör-töküntülərinin “Artsax Respublikası meydanı” üçün məqsədyönlü şəkildə Azərbaycan Konsulluğunun yerləşdiyi məkanı seçmələri ilə bağlı isə adekvat addımlar atmaq lazımdır. Konsulluğun başqa yerə köçürülməsi bizim zəifliyimizi nümayiş etdirmiş olar. Düşünürəm yaranmış vəziyyətdə konsulluğumuzun ünvanının bir başqa şəkildə yazıla bilməsi yollarını axtarmaq lazımdır. Hesab edirəm ki, bunun üçün variantlar mütləq olacaq. Əgər biz bunu edəriksə, o halda, atdığımız addımla bu layihənin müəllifi olan erməni yaramazlarının üzünə tutarlı sillə vurmuş olarıq".

STM | Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynovun  “Uluslararası Diplomasi Araştırmaları” jurnalının 1-ci sayında məqaləsi  dərc olunub

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Los-Ancelesdə yaşayan ermənilər uzun müddətdir Azərbaycana qarşı fəaliyyətlərini genişləndirirlər: “Hətta xatırlayıram ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən erməni təxribatları zamanı da Los-Ancelesdəki erməniləri azərbaycanlılara qarşı zorakılıq əməlləri törətmişdilər, hücumlar təşkil etmişdilər, döymüşdülər. Həmçinin orada ASALA terror təşkilatının gənclər qanadının nümayəndəsi görüntülənmişdi. Haqqında söhbət gedən hadisə də onu deməyə əsas verir ki, ermənilər regionda sülhü pozmaq, təhlükəsizliyə təhdid yaratmaq üçün bütün iyrənc addımlara əl atmağa başlayıblar. Şübhəsiz ki, məhz Azərbaycanın Los-Ancelesdəki konsulluğunun yerləşdiyi ünvandakı meydana-küçəyə ”Artsax Respublikası meydanı" adının verilməsində qəsdən, məkrli niyyət var. Çox məkrli plan düşünülüb. Çünki sənədlərdə bu adda küçənin qeyd olunması Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olan hərəkət və təhdiddir. Erməni lobbisi Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına qarşı çıxır. Biz artıq başa düşürük ki, Amerikada kompakt məskunlaşan ermənilər regionumuzda sülhün yaranmasında maraqlı deyillər. Bu cür həssas və sülhə doğru tərəflərin yaxınlaşdığı bir dönəmdə ABŞ-da o cür addımın atılması həm də ABŞ-Azərbaycan münasibətlərini kölgə altında qoyur. Azərbaycanın tam legitim hüququ var ki, Los-Anceles Şəhər Şurasının bədnam qərarına qarşı ABŞ hökumətinə müraciət eləsin, diplomatik kanallarla bu məsələ qaldırılsın, Azərbaycanın ərazi bütövlüyünə qarşı addım olduğu vurğulansın və qərarın ləğvi istənilsin. ABŞ qarşısında məsələ qaldırıla bilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ-ın şəhərində meydana qondarma “artsax respublikası meydanı” adının verilməsi Azərbaycan-ABŞ münasibətlərinə soyuqluq gətirəcək, bunun olmaması üçün bədnam qərar mütləq ləğv edilməlidir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR