HƏSƏN ŞAŞ BÖYÜK FUTBOLDAN GEDİŞİNDƏN DANIŞDI
Mövsümün sonunda göndəriləcəyimi bildiyim halda, bu yaşda özümü yenidən göstərib, komandada qalmaq istəyirdim. ”Hamburq"la oyunda hesab 2:3 olarkən meydana daxil oldum. Bülənt Qorxmazın komandada olmağıma ehtiyacı var idi. Həmin oyunda məğlub olaraq, mübarizəni dayandırdıq. Matçdan sonra mənə qarşı kütləvi şəkildə azarkeşlər etiraz edirdilər. Başımı aşağı əydim. Mənə bir anlıq elə gəldi ki, tunelə qədər olan məsafə çox uzanıb. Özüm-özümə Allahım kaş, “Əli Sami Yen” stadionu yarılaydı, mən də onun içinə girərdim dedim. Həmin oyundan sonra tənqidlər dayanmaq bilmirdi. Halbuki məni oyuna daxil edən Bülənt Qorxmaz, oyuna daxil olan Həsən Şaşın “Qalatasaray”da demə heç 10 dəqiqəlik təminatı yox imiş. “Əli Sami Yən”ə indi geri qayıt desən, geri dönə bilmərəm. O matç mənim sonumu hazırladı. Futbolçu karyeramı başa vurmağı da elə həmin gün qərara aldım".






