İnsanlara hürriyət, millətlərə istiqlal!

Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı müzakirə edilir

505 17.09.2018 18:34 Dünya A A

İran prezidenti Həsən Ruhaninin sentyabr ayında ABŞ dövlət başçısı Donald Trampın sədrliyi ilə baş tutacaq BMT Təhlükəsizlik Şurasının İran məsələsi ilə bağlı iclasında iştirakı məsələsi Tehranda gərgin müzakirələrə səbəb olub.

Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.

Bəzi iranlı siyasətçilər H.Ruhaninin BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına qatılmamali olduğunu düşünür. Məsələn, İran Xarici İşlər Nazirliyinin sabiq yüksək vəzifəli nümayəndəsi Cavid Qurbanoğlu hesab edir ki, İranı iclasda xarici işlər naziri Məhəmməd Cavad Zərif təmsil edə bilər, onun ingilis dilini yaxşı bilməsi və əlində güclü əsasların olması iclasın ab-havasına təsir etməyə kifayət edər.

Digər iranlı siyasətçilərin fikrincə, H.Ruhaninin Təhlükəsizlik Şurasının iclasında iştirakını istəməyənlər İran hökumətinin iflasa uğramasında maraqlıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR