Həsən Ruhani Vladimir Putinlə Ukraynanı müzakirə edib
Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında telefon danışığı olub. Tərəflər Ukraynadakı böhranı da müzakirə ediblər. Musavat.com-un Kremlin saytına istinadən verdiyi məlumata görə, Vladimir Putin bəyan edib ki, Ukrayna böhranının nizamlanması yalnız bu ölkənin bütün bölgələrinin sakinlərinin maraqları nəzərə alınmaqla mümkündür.






